...

Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi mərasim keçirilib

Siyasət Materials 29 Avqust 2014 00:30
Avqustun 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi “Təhvil-təslim” mərasimi keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə  rəsmi mərasim keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Avqustun 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi "Təhvil-təslim" mərasimi keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin də iştirak etdiyi mərasimdə bir sıra ölkələrdən dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anıt qəbiri ziyarət edərək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyan Prezident Rəcəb Tayyib Ərdoğan "Xatirə kitabı"nı yazıb.

Türkiyənin 11-ci prezidenti Abdullah Gül və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış ediblər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Abdullah Gülə Türkiyənin "Dövlət Şərəf Medalı" təqdim edilib.

Xəbər lenti

Xəbər lenti