...

Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon ayrıldı

Siyasət Materials 30 Avqust 2014 19:23 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə iki milyon ayrıldı

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Sərəncam imzalayıb.

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla, bütün ərazilərdə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmışdır. 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 uşaq bağçası, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş və bir sıra mühüm infrastruktur layihələri icra edilmişdir.

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Su Elektrik Stansiyası, Gənclər Mərkəzi və digər sosial yönümlü obyektlər tikilmiş, Mədəniyyət Sarayı və Şahmat Məktəbi yenidən qurulmuş, Tikiş Fabriki inşa edilərək istifadəyə verilmişdir.

Prezident Horadiz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Füzuli rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Füzuli Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Xəbər lenti

Xəbər lenti