Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Ali Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin dindirilməsinə icazə almaq üçün Nazirlər Kabinetinə müraciət edib.
Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, müraciət N.Özelin səlahiyyətlərindən sui-istifadə etməsi, məhkəmə prosesinə müdaxilə etməsi ilə əlaqədar ünvanlanıb.
Qeyd edək ki, N.Özel 2011-ci il avqustun 4-dən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisidir.