...

Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib

Siyasət Materials 19 Sentyabr 2014 16:52 (UTC +04:00)
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib.
Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəlib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Prezidenti Rosen Plevnelievi hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti