...

İbrahim əl-Cəfəri: İraqın "İslam Dövləti" yaraqlıları ilə mübarizədə silaha ehtiyacı var

Siyasət Materials 2 Oktyabr 2014 10:19 (UTC +04:00)
İraq “İslam Dövləti” yaraqlıları ilə mübarizədə silaha ehtiyac duyur.
İbrahim əl-Cəfəri: İraqın "İslam Dövləti" yaraqlıları ilə mübarizədə silaha ehtiyacı var

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqın "İslam Dövləti" yaraqlıları ilə mübarizədə silaha ehtiyacı var. Bunu ölkənin xarici işlər naziri İbrahim əl-Cəfəri bəyan edib. Bu barədə Trend cümə axşamı Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər yayır.

Onun sözlərinə görə, İraq hökuməti kimdənsə ölkə ərazisində İD yaraqlıları ilə mübarizə üçün hərbi baza yerləşdirməsini xahiş etmir.

Əl-Cəfəri onu da bildirib ki, terrorçularla mübarizədə İraqa beynəlxalq koalisiyada olmayan İran yardım edir. Bundan əlavə, bu məsələdə Çin də dəstək göstərəcəyini vəd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti