...

Rusiya Federasiya Şurası ABŞ və Avropa ilə parlamentlərarası əməkdaşlığı davam etdirəcək

Siyasət Materials 2 Oktyabr 2014 17:42 (UTC +04:00)
Rusiya Federasiya Şurası ABŞ və Avropa ilə parlamentlərarası əməkdaşlığı dayandırmaq niyyətində deyil.
Rusiya Federasiya Şurası ABŞ və Avropa ilə parlamentlərarası əməkdaşlığı davam etdirəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Rusiya Federasiya Şurası ABŞ və Avropa ilə parlamentlərarası əməkdaşlığı dayandırmaq niyyətində deyil. Trend xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu deyib.

O, qeyd edib ki, bu, müvəqqəti fasilədir: "Biz heç bir halda Avropa, ABŞ və digər dövlətlərin parlamentləri ilə beynəlxalq əməkdaşlığı dayandırmaq niyyətində deyilik. Bu, çox mühüm əməkdaşlıqdır, bu, xalq demokratiyasıdır, bu, bizim yumşaq gücümüzdür. Bu təmaslar bizə bir-birimizi anlamağa, qərarlar qəbul etməyə, bu və ya digər mövqeyi əsaslandırmağa imkan verir və biz bu əlaqələri pozmağa hazırlaşmırıq".

V.Matviyenkonun sözlərinə görə, hazırda Asiya, Latın Amerikası, Afrika ölkələri və digər ölkələrlə əlaqələr fəal şəkildə inkişaf etdirilir: "Və bundan sonra da Avropa və ABŞ da daxil olmaqla bütün ölkələrin parlament nümayəndə heyətləri ilə mübadilələr olacaq".

Qeyd edək ki, Qərb ölkələri artıq mart ayından bir neçə dəfə Rusiya siyasətçilərinə, iş adamlarına və şirkətlərinə sanksiyalar tətbiq ediblər və Krımın Rusiyaya birləşdirilməsi və Moskvanın Ukraynanın daxili işlərinə müdaxiləsi ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri genişləndirəcəkləri ilə hədələyiblər. Rusiya isə bütün bunları inkar edir və belə ittihamları qəbuledilməz adlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti