Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Türkiyədə staj keçəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, oktyabrın 6-dan 17-dək Türkiyənin İstanbul şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində stajkeçmə təlimi keçiriləcək.
Bundan əlavə, oktyabrın 6-dan 16-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.