...

Azərbaycanda gələn il müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi artırılır

Siyasət Materials 14 Oktyabr 2014 11:45 (UTC +04:00)
Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz-bənd artacaq.
Azərbaycanda gələn il müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi artırılır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz-bənd artacaq.

Maliyyə Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.

Ümumilikdə, gələn il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, bu il müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edəcək.

Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2015-ci il dövlət büdcəsində 52,3 milyon manat vəsait pronozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat və yaxud 34 faiz çoxdur.

Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Ümumilikdə, 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri üçün 1 milyard 227,1 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 1,1 faiz azdır. Qeyd edək ki, 2014-cü ildə bu sahənin xərcləri üçün 1 milyard 240,3 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti