...

Ukrayna sərhədlərində beynəlxalq nəzarət yaradıla bilər

Siyasət Materials 17 Oktyabr 2014 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Avropa liderləri Milanda keçirilən görüşdə Ukrayna sərhədləri üzərində beynəlxalq nəzarət yaratmağı təklif ediblər. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Baş naziri Matteo Rentsi deyib.

Onun sözlərinə görə, Avropa liderləri Fransa Prezidenti Fransua Ollandın Ukrayna sərhədləri üzərində beynəlxalq nəzarət yaradılması təklifini dəstəkləyiblər: "Bu missiyada Almaniya, Fransa və İtaliya iştirak edə bilər".

İtaliya Baş naziri qeyd edib ki, bugünkü görüş dialoq prosesində böyük addım oldu: "Biz Ukraynanın gələcəyini xilas etmək üçün hər şey edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti