...

Avronest PA-nın plenar iclası Ermənistanda keçiriləcək

Siyasət Materials 22 Oktyabr 2014 15:30 (UTC +04:00)
Avronest Parlament Assambleyasının dördüncü plenar iclası 2015-ci il martın 16-20-də Yerevanda keçiriləcək.
Avronest PA-nın plenar iclası Ermənistanda keçiriləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Avronest Parlament Assambleyasının dördüncü plenar iclası 2015-ci il martın 16-20-də Yerevanda keçiriləcək. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Artak Zakaryan ötən həftə Brüsseldə Avronest PA-nın Büro iclasına yekun vurarkən bildirib.

O, qeyd edib ki, Ermənistan parlamenti hələ 2013-cü ildə Avronest Parlament Assambleyasının plenar iclasının bu il Ermənistanda keçirilməsini təklif etmişdi: "Lakin Ermənistanın bu təklifi 2015-ci ilədək təxirə salınmışdı. Çünki Avropa Parlamentinə seçkilərin keçiriləcəyi ehtimal olunurdu. Ermənistan "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin beş üzvünü və Avropa Parlamentinin 60-a yaxın nümayəndə heyətini qəbul edəcək".

Onun sözlərinə görə, ölkədə büronun, iki işçi qrupunun və 4 komissiyanın iclası keçiriləcək.

Avropa Parlamentinin və Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin parlamentarilərinin təmsil olunduqları Avronest "Şərq Tərəfdaşlığı"nın (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) parlamentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti