...

Mübariz Əhmədoğlu: Qafqazın geosiyasi mübarizə meydanı kimi diqqət mərkəzində olduğunu göstərən yeni arqumentlər meydana çıxır

Siyasət Materials 6 Noyabr 2014 14:08 (UTC +04:00)
Qafqazın geosiyasi mübarizə meydanı kimi diqqət mərkəzində olduğunu göstərən yeni arqumentlər meydana çıxır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Qafqazın geosiyasi mübarizə meydanı kimi diqqət mərkəzində olduğunu göstərən yeni arqumentlər meydana çıxır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qafqazın geosiyasi mübarizə meydanı kimi diqqət mərkəzində olduğunu göstərən yeni arqumentlər meydana çıxır. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Gürcüstanın eks-prezidenti M.Saakaşvili Səudiyyə Ərəbistanına dəvət olundu: "Səudiyyə Ərəbistanı Rusiyanı dağıtmaq geosiyasətinin baza parametridir. Səudiyyə Ərəbistanının ən böyük gücü neft qiymətini aşağı salmaqla Rusiyanı çökdürməkdədir. Amma təkcə bu deyil. Səudiyyə Ərəbistanın Şimali Qafqaza müdaxilə etmək imkanları olub və var. SSRİ dağılarkən də Səudiyyə Ərəbistanı həm neft qiymətinin dempinqindən, həm də Şimali Qafqazdakı imkanlarından istifadə etdi. Ermənistan Prezidenti İordaniyaya dəvət olundu. İqtisadi baxımdan İordaniya üçün Ermənistan heç bir maraq kəsb etmir. İordaniyanın başçısı Kral II Abdulla ABŞ-ın özəl tərəfdaşıdır. O bəzən ABŞ üçün müəyyən təkliflər hazırlayır. II Abdulla ABŞ-ın Rusiyanı çökdürmək planından xəbərdardır. İordaniyada xeyli miqdarda Şimali Qafqazdan qovulmuş çərkəzlərin nəslinin davamçıları yaşayır".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın Baş naziri Ovik Abramyan İranda keçirdiyi bütün görüşlərdə Rusiya-Azərbaycan münasibətlərindən şikayət edib və bu münasibətləri regionun gələcəyi üçün təhlükə kimi təqdim edib: "ABŞ-ın hərbi gəmiləri Gürcüstan limanlarında yan alıb orkestrləri ilə marş və rəqslər ifa edirlər. Rusiya isə bunu real təhlükə qəbul edib Gürcüstan və ətrafında hərbi iştirakını artırır. Abxaziya ordusunu öz ordusuna birləşdirmək adı ilə RF öz qoşunlarını Abxaziyada yerləşdirəcək, Avar-Kartli yolunun tikintisinə başlanıb. Bu layihə Sovet dövründən qalmadır. SSRİ dövründə Gürcüstana NATO (Türkiyə) tərəfindən hücum olacağı təqdirdə SSRİ-nin digər regionlarından (Dağıstan) qoşunlar Gürcüstana gətiriləcəkdi. İndi RF həmin layihəni diriltdi. Layihənin çox bahalı olması da Rusiyanı qorxutmur. Şimali Qafqazda Rusiyanın vəziyyətinin ideal olduğunu düşünmək sadəlövhlükdür. Ümumi vəziyyət RF-in digər regionlarından tamamilə fərqlidir. Təyin olunan başçıların böyük əksəriyyəti daha çox şəxsi hakimiyyətlərini möhkəmləndirməklə məşğuldurlar. Əksərən bu Mərkəzi hakimiyyətin nüfuzunun zəifləməsinə səbəb olur. Dağıstanın başçısı Ramazan Abdulatipov şəhər merlərinə qarşı antiterror əməliyyat keçirmək səlahiyyətinə malikdir. Mahaçkala şəhərinin meri Səid Əmirovun və Dərbənd şəhərinin meri Qurban Qurbanovun kriminal qruplaşmanın başçısı olması mümkün deyil. Onların məxsusi olduğu etnosların milli xüsusiyyətləri və yerli adət-ənənələr buna imkan vermir. Səid Əmirovun və Qurban Qurbanovun teyplərini bu iki şəxsin dövlət siyasətinin əleyhinə getməsini inandırmaq çox çətindir. Kremlin qoyduğu başçının avtoriteti Səid Əmirov və Qurban Qurbanovdan az olduğu üçün o bu adamlara qarşı Rusiya ordusunun gücündən istifadə edir. Sərçəyə top gülləsi ilə atəş açır. Amma teyp başçılarının nüfuz hesab etdiyi şəxsi vəzifəyə təyin etməklə heç bir silah atmadan da vəziyyəti idarə etmək mümkündür. Şimali Qafqaz regionundakı başçıların böyük əksəriyyəti hal-hazırda bütövlükdə Şimali Qafqaz regionunun altına mina qoymaqla məşğuldurlar. Bunu Qərb, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, İran və Türkiyədə görməmiş deyillər. Görməyiblərsə də görəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti