...

Azərbaycanla bir sıra ölkələr arasında hərbi sahədə əməkdaşlıq planları imzalanıb (FOTO)

Siyasət Materials 11 Noyabr 2014 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərində səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti