YAP Binəqədi rayon təşkilatında partiyanın yaranmasının 22 illiyi qeyd edilib (FOTO)

YAP Binəqədi rayon təşkilatında partiyanın yaranmasının 22 illiyi qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi təntənəli şəkildə qeyd edilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkilləri Rafael Cəbrayılov, Madər Musayev, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, Baki Peadqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Binəqədi rayonun Heydər Əliyev adına parkda ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hər kəsi Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci illiyi münasibətilə təbrik edib.

Sədr Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O tarixə qısa ekskurs edərək partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətinə olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxartdığını, xalqın ziyalılarının müraciəti ilə 1992-c il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib.

O, ümummilli liderin əsasının qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strageyiasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin məhz Azərbaycanın payına düşdüyünü qeyd edib.

Sədr hazırda partiyanın sıralarında altı yüz mindən çox üzvün birləşdiyini, partiyanın Binəqədi rayon Təşkilatının on dörd mindən çox üzvünün olduğunu və Binəqədi rayon Təşkilatının inzibati binasının Prezident İlham Əliyev tərəfindən ötən il hədiyyə edildiyini qeyd edib, partiya üzvləri adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Binəqədi rayonunda görülən abadlıq quruculuq işlərindən danışan Ramiz Göyüşov rayonun davamlı inkişaf etdiyini və Rayon İcra Hakimiyyət başçısı Xaləddin İsgəndərovun daima Rayon Partiya Təşkilatına dəstəyini vurğulayıb və öz təşəkkürünü ifadə edib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov əlamətdar gün münasibətilə hər kəsi təbrik edib, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Səs qəzetində ümumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib. Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xaqlın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycani xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirib. O əsası Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda böyük quruculuq, abalıq işlərinin aparıldığını və rayonun davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

Çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını, bu gün bu şərəfin və qürurun hər kəs tərəfindən yaşandığını qeyd edib. Aygün Əliyeva YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib. Natiq Yeni Azərbaycan Partiyasının Azərbaycanda siyasi əqidənin əsasını qoyduğunu, təsis olunduqdan sonra bütün siyasi qüvvələri birləşdirdiyini, ölkədə siyasi stabillik yaratdığını, Azərbaycanı çətin dövrlərdə parçalanmadan xilas etdiyini və ölkəmizin inkişafına misilsiz töhfə verdiyini qeyd edib. Aygün Əliyeva ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman Azərbaycançılıq, dövlətçilik və yaradıcı təkamül kimi prinsipləri əsas götürdüyünü, bu prinsiplərin daim yaşadığını, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyini bildirib. Aygün Əliyeva Binəqədi rayonunda gənclərin daim diqqət mərkəzində olduğunu, ən müxtəlif vəzifələrdə irəli çəkildiyini qeyd edərək bu işə rəhbrlik edən Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə edib.

Sonra çıxış edən Binəqədi rayonu 126 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Xeyransa Alıyeva Yeni Azərbaycan Pariyasının gənclərin həyatında, onların inkişafındakı rolundan danışıb. O gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıb. O gənclərin fikri və təkliflərinə daim müsbət yanaşılmasının gənclərin inkişafında mühüm rol oynadığını qeyd edib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi münasibətilə qonaqları təbrik edib və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. Ümummilli liderin öz xalqını, dövlətini fədarakarcasına sevdiyini, xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlədə əsil vətən, dövlət sevgisi göstərdiyini qeyd edib.

O, ulu öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdiyini qeyd edib, hər kəsin cənab Prezident İlham Əliyev ətrafında birləşməsinin vacibliyini, cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.

Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına Fəxri Fərmanlar ,Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə isə onların partiya biletləri təqdim edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Loading Bars
Xəbər lenti
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Bütün xəbərlər