...

Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri ilə müzakirələr aparıb

Siyasət Materials 3 Dekabr 2014 03:00 (UTC +04:00)
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.
Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri ilə müzakirələr aparıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 2-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən "BakuTel - 2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs edib.

O, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri və imzalanmış sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub.

Mahmud Vaezi, öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti