...

İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini bir daha rədd edib

Siyasət Materials 10 Dekabr 2014 09:46 (UTC +04:00)
İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini bir daha rədd edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.
İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini bir daha rədd edib

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini bir daha rədd edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, İsveçrə erməniləri 7 ildir ki, 1915-ci il hadisələrini "əks etdirən" "saxta soyqırım" abidəsinin BMT binasına bitişik inşa edilməsi tələbi ilə çıxış edirlər.

Qəzetin məlumatına əsasən, İsveçrə hökuməti qondarma "erməni soyqırımı" abidəsinin başqa yerdə inşasına baxılacağını bildirib.

Xatırladaq ki, bu il oktyabrın 1-də İsveçrə hökuməti ermənilərin qondarma "erməni soyqırımı" abidəsinin inşası tələbini rədd etmişdi.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti