...

Azərbaycanlı və rusiyalı parlamentarilər əməkdaşlığı müzakirə edəcəklər

Siyasət Materials 22 Dekabr 2014 11:45 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Rusiya Federal Məclisi Federasiya Şurası və Azərbaycan Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 12-ci iclası keçiriləcək.
Azərbaycanlı və rusiyalı parlamentarilər əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Çərşənbə axşamı Bakıda Rusiya Federal Məclisi Federasiya Şurası və Azərbaycan Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə bazar ertəsi Trend-ə ölkənin Rusiyadakı səfirliyindən bildiriblər.

Rusiyalı deputatlardan ibarət nümayəndə heyətinə Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri İlyas Umuxanov rəhbərlik edəcək.

Azərbaycan tərəfdən komissiyanın həmsədri parlamentin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya üzrə daimi komitənin sədri Valeh Ələsgərovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti