Prezident İlham Əliyev və xanımı "Bakı Ağ Şəhər"in inşası başa çatan ofis binası ilə tanış olublar (FOTO)

Prezident İlham Əliyev və xanımı "Bakı Ağ Şəhər"in inşası başa çatan ofis binası ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı Ağ Şəhər"in inşası başa çatan ofis binası və "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar.

Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev "Qara şəhər" kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. 2011-ci il dekabrın 24-də "Bakı Ağ Şəhər"in təməli qoyuldu. Ötən 3 il ərzində layihə çərçivəsində xeyli iş görüldü.

"Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına layihə çərçivəsində həyat keçirilən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, "Bakı Ağ Şəhər"in ilk landmarkı və giriş qapısı sayılan yüksək səviyyəli ofis binası artıq istifadəyə hazırdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihə çərçivəsində yol və kommunikasiya infrastrukturları da inşa olunmaqdadır. Tikintisi gedən 45 metr enində Xəqani Rüstəmov küçəsi Neftçilər prospektini Nobel və Babək prospektləri ilə birləşdirəcək. Metropolitenin Ağ Şəhərin ərazisindən keçəcək xəttinin tikintisinə də başlanıb. Layihədə nəzərdə tutulan 6 yeraltı piyada keçidindən 3-nün inşası davam edir. Ofis binasının yanında 360-dan çox avtomobil üçün ən müasir standartlara cavab verən parkinq də inşa olunub. "Bakı Ağ Şəhər" ofis binasının cazibədar, estetik xətləri müasir memarlığın mükəmməl nümunələrindəndir.

Prezident İlham Əliyevə xəritə, maket və digər əyani vasitələr əsasında layihə çərçivəsində reallaşdırılan silsilə tədbirlər barədə məlumat verildi. Qeyd edək ki, yeni yaradılan "Mənzilim" monitorinq xidməti vasitəsilə əmlakın alınmasına dair müqavilələrin bağlanması və digər məsələlər operativ qaydada həllini tapacaq. Layihənin reallaşması zamanı Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri, həmçinin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" da əsas götürülüb. Layihənin həyata keçirilməsində əsas məqsəd çirklənmiş torpaqların təmizlənməsi, ərazidə beynəlxalq standartlara uyğun sosial infrastrukturun formalaşdırılması, paytaxt sakinləri və qonaqlar üçün yeni yaşayış, iş və istirahət məkanlarının yaradılmasıdır. Müxtəlif memarlıq üslublarını, ekoloji məsələləri və Ağ Şəhərin paytaxtın digər hissələri ilə üzvi şəkildə qovuşmasını özündə ehtiva edən layihənin reallaşması sırf peşəkarlara etibar edilib. Yerli şirkətlərlə yanaşı, "Atkins", "Un studio", "Foster and Partners", "F and A Architects" və digər dünya şöhrətli şirkətlər bu layihəyə cəlb edilib. "Bakı Ağ Şəhər" layihəsi nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə tanınan layihədir. Ötən müddətdə bu layihə "Cityscayp Global", "MİPİM Asia" və digər nüfuzlu beynəlxalq sərgilərdə "Ən yaxşı şəhərsalma layihəsi" və "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyalarında mükafatlara layiq görülüb. "Bakı Ağ Şəhər"də müxtəlif xidmət, ticarət və əyləncə növlərini özündə birləşdirəcək Ticarət-Əyləncə Mərkəzi də nadirliyi ilə yanaşı, eyni zamanda, regionda sahəcə ən böyük belə obyekt olacaq və respublikamızda turizmin daha da genişlənməsinə əlavə imkanlar yaradacaq.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, ən müasir beynəlxalq standartlara cavab verən yeni ofis binasını Britaniyanın məşhur "Atkins" şirkəti layihələndirib. Bina yerli və beynəlxalq mütəxəssislər tərəfindən inşa olunub. Tikinti dövründə ofis binası "BREEAM" beynəlxalq ekoloji sertifikatına layiq görülüb. Xatırladaq ki, "Bakı Ağ Şəhər" ofis binası respublikamızda və regionda "BREEAM" sertifikatına layiq görülən ilk və yeganə binadır. Binada ən son elmi-texniki yeniliklərə əsaslanan arxiv otağı da yaradılıb. Ofisdə yerləşəcək iqtisadi qurumların səmərəli fəaliyyəti üçün də burada hərtərəfli şərait var.

Prezident İlham Əliyevə məlumat verildi ki, Ağ Şəhərin 10 rayonundan 6-nın ərazisi tamamilə təmizlənib və inşaat işləri gedir. Layihənin icra müddətində Ağ Şəhərin neft məhsulları ilə çirklənmiş ərazisinin böyük hissəsi təmizlənib və yararlı vəziyyətə gətirilib. Hazırda bu işləri Dövlət Neft Şirkəti həyata keçirir. "Bakı Ağ Şəhər"in "Yaşıl ada" rayonunda aparılan tikinti-quraşdırma işləri ildən-ilə vüsət götürür. Burada fransız üslubunda inşa olunan 7 mərtəbəli yaşayış binaları paytaxt sakinlərinin rahatlıq üçün üstünlük verdikləri məkanlardan biri olacaq. Hazırda buradakı yaşayış komplekslərinin bəzilərində tikinti işləri son mərhələdədir və onlar tezliklə hazır olacaq. Ümumi sahəsi 24 hektara çatan "Park" rayonunda da inşaatçılar səylə çalışırlar. Burada 20 mərtəbəli hündür yaşayış binaları tikilir. Sahənin relyefinə uyğun olaraq amfiteatr üslubundakı "Park" rayonundan bulvara və Bayraq Meydanına gözəl mənzərə açılır. Nizami parkının yaxınlıqda yerləşməsi də buranın gələcək sakinlərinin istirahətlərini mənalı keçirmələrinə əlavə imkanlar yaradacaq. Ofis binasındakı səliqə-sahman və müasirlik diqqəti çəkir.

Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr etdi. 2011-ci ilin payızında "Bakı Ağ Şəhər"də təməli qoyulan və 2014-cü il sentyabrın 12-də açılışı olan Fransız Liseyinin tikintisi də yüksək səviyyədə aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan və respublikamızın nümunəvi təhsil ocaqlarından biri sayılan Fransız Liseyində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb. 2013-cü il mayın 25-də Prezident İlham Əliyevin təməlini qoyduğu Bakı Ağ şəhər bulvarı da dünyadakı ən qabaqcıl təcrübə əsasında yaradılır. Tikintisi dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılan həmin bulvarın uzunluğu 5 kilometr olacaq. Ağ Şəhərdə beynəlxalq səviyyəli otellərin tikintisi də aparılır. Artıq "Bakı Ağ Şəhər" otelinin inşası başa çatmaq üzrədir. Ümumi sahəsi 52 min kvadratmetr olacaq həmin oteldə 818 otaq var. Bu obyekt 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qonaqlarını qəbul etməyə hazır olacaq. Otelin yaxınlığında 90 min kvadratmetr sahəsi olacaq "Ağ Şəhər Mall"un inşasına da başlanıb.

Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verildi. Artıq Ağ Şəhərdə müasir və klassik üslublu 7 mərtəbəli yaşayış komplekslərinin tikintisinə başlanıb. Ağ Şəhərin ərazisini qərb və şərq hissələrinə ayıran, mərkəzi prospektin ortasında yerləşən meydan da füsunkar görkəmi ilə fərqlənəcək. Ağ Şəhərin mərkəzi rayonu sayılan Fəvvarələr meydanında da inşaat işlərinin miqyası artmaqdadır. Burada müasir üslublu yaşayış binalarının tikintisinə başlanıb. Fəvvarələr meydanının mərkəzində 1 hektar ərazini əhatə edəcək park sakinlərin sevimli istirahət guşəsinə çevriləcək.

Dövlətimizin başçına Nobel prospekti boyunca və sahil rayonunda görüləcək işlər barədə də məlumat verildi.

Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Dövlətimizin başçısı ofis binasının arxa hissəsində salınan yaşıllıq və memarlıq nümunələri ilə də tanış oldu. Dünyadakı müasir şəhərsalma meylini maksimum ehtiva edən və bitkinliyi ilə seçilən "Bakı Ağ Şəhər" layihəsi tezliklə reallığa çevriləcək və paytaxtımızın gözəlliyini daha da artıracaq.

Sonda xatirə şəkli çəkdirildi.

Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Loading Bars
Xəbər lenti
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı
Fransada koronavirusa sutkalıq yoluxmaların sayı azalmağa davam edir
Bakıda hosteldə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Bütün xəbərlər