...

Elmar Məmmədyarov Hindistanın diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Siyasət Materials 16 Yanvar 2015 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub və iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

V.Kumar diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti