Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi prizmasından regionda və region ətrafında aktiv proseslər baş verib

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsi prizmasından regionda və region ətrafında aktiv proseslər baş verib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Dağlıq Qarabağ münaqişəsi prizmasından regionda və region ətrafında aktiv proseslər baş verib. Krım ətrafında baş verənlər ərazi bütövlüyü prinsipinin dəstəklənməsini, Krım və Dağlıq Qarabağ münaqişələrinə vahid standartdan yanaşmanı aktuallaşdırdı". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, hələlik ən nümunəvi yanaşmanın müəllifi Almaniyadır: "Krımda yaşayan etnik almanların maliyyələşdirilməsini dayandıran, parlamentarilərinin Krıma səfərinə qadağa qoyan Almaniya rəsmən, publik formada Dağlıq Qarabağı ermənilər tərəfindən işğal edilmiş Azərbaycan əraziləri adlandırdı. 2014-cü ildə Ukraynada vəziyyət ağırlaşdıqca Ukraynada ermənilər və Ukrayna-Ermənistan münasibətləri güclənib. Ukrayna Erməniləri İttifaqı 2014-cü ilə yekun vurdu, "Ermənişünaslığın aktual məsələləri" adlı jurnalın təqdimatını keçirdi. Ukrayna erməniləri ittifaqının yekun konfransını Ukraynanın Prezidenti Petro Poroşenko və Baş nazir Arseniy Yatsenyuk təbrik etdilər. 2014-cü il Ukraynanın xaraba qaldığı ildir. 2014-cü il Ukraynadakı ermənilərin gücləndiyi illərdən biridir. Ukrayna erməniləri BMT BA-da Ermənistanın Ukraynanın ərazi bütövlüyünü inkar etməsini Ukraynada normal qavranılmasına imkan vermədilər. Əksinə, Ukrayna onun ərazi bütövlüyünü inkar edən Ermənistanla əməkdaşlığa daha meyillidir".

M.Əhmədoğlu qeyd edib ki, özü xaricdən investisiya axtaran Ukraynanın bəzi şirkətləri Ermənistanın "Air Armenia" şirkətinin dirçəlməsinə 30 milyon dollar vəsait ayırdılar: "Ukraynanın ərazi bütövlüyünü hər zaman, o cümlədən BMT BA-da dəstəkləyən Azərbaycan isə Ukraynada tənqid və qınaq obyektinə çevrilib. Ukraynanın aparıcı KİV-ləri və bəzi televiziyaları Dağlıq Qarabağa gələrək ermənilərin mövqeyindən bu münaqişəni işıqlandırırlar. Gürcüstan 2014-cü ildə öz ərazisindəki münaqişələr ilə bağlı romantik siyasət aparıb: Gürcüstan iqtisadi cəhətdən güclənib cəlbedici dövlətə çevriləcək və Abxaziya ilə Cənubi Osetiya geri qayıdacaq. Rəsmi Tbilisi nəzərə almır ki, Azərbaycanın Ermənistandan 10-12 qat güclü olması ermənilərin mövqeyinə təsir etməyib. Gürcüstanın, eləcə də Azərbaycanın RF-dən 15 dəfə güclü olması nəzəri cəhətdən də mümkün deyil. Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycana dəstək verməməsi rəsmi Tbilisinin öz münaqişələrinə münasibətin təhtəlşüur münasibətidir. Ona görə də heç bir ciddi uğur əldə etməyib. Əksinə, bəzi istiqamətlər üzrə geriləməsi var. Aİ Gürcüstanın ərazi bütövlüyünə münasibətdə əvvəlki qədər israrlı deyil. ABŞ-ın mövqeyi ritorikadan o tərəfə keçməyib. Rəsmi Tbilisi eyni ilə bu qaydada Dağlıq Qarabağ tənzimlənməsinə də yanaşır. Məhz bu səbəbdən 2014-cü ildə Gürcüstan-Ermənistan münasibətləri Gürcüstan-Azərbaycan münasibətlərini üstələdi. Hər halda Gürcüstanda ermənilərin ilin sonlarındakı separat aktivləşməsi Rəsmi Tbilisinin mövqeyini dəyişdirəcəkdir.

Bütün 2014-ci il boyu İran Cənubi Qafqaz regionunda aktiv olub. Gürcüstanla münasibətlərindəki uğursuzluqlar, reallaşmamış niyyətlər daha çoxdur. Buna baxmayaraq İran Gürcüstanla münasibətləri intensivləşdirməkdən əl çəkmədi.

İranın Ermənistana münasibəti dəyişib. İran Ermənistanı Rusiyanın təsirindən qoparmağa iddialıdır. Ermənistan ictimai-siyasi mühitində bu mövzuda bir neçə layihələr reallaşdırdı. Eləcə də, "Naxçıvan" qrupunu yaratmaqla Ermənistana Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının zəruriliyini aşılamağa başladı. Rəsmi Yerevanın "Vorotan Kaskad" SES-ini ABŞ-a satması da İranı Ermənistandan ehtiyatlı olmağa vadar etdi. Ermənistan Livana sülhməramlılar göndərməklə "Hizbullah"a qarşı müharibə aparmağa hazır olduğunu göstərdi. "Hizbullah"a qarşı müharibə İrana qarşı müharibə deməkdir".

Politoloq qeyd edib ki, 2014-cü ildə İran Azərbaycanın regiondakı rolunu qəbul etdi. Onun sözlərinə görə, İranda başa düşürlər ki, Ermənistana və Gürcüstana çoxmilyardlı layihələr vəd verməklə Cənubi Qafqaz regionunda söz sahibi olmaq mümkün deyil:

"Amma Azərbaycanla birlikdə qarşılıqlı, faydalı iqtisadi layihələr reallaşdırmaqla Cənubi Qafqazda söz sahibi olmaq mümkündür. Ona görə İran prezidenti hətta Gürcüstanın səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan ərazisi vasitəsilə Gürcüstana dəmir yolu çəkəcəyini bildirdi. İran Fars Körfəzi- Qara dəniz Nəqliyyat Kommunikasiya Dəhlizinin yaradılması ideyasını ciddi qəbul edib. İran Culfa- Qulubəyli -Aslandüz dəmir yolunu çəkməyi Azərbaycandan xahiş edir. Araz AİZ-in reallaşması İranın azərbaycanlılar yaşayan regionlarının sosial-iqtisadi vəziyyətini xeyli yaxşılaşdıra bilər. Araz AİZ-də iştirak Azərbaycan üçün də çox faydalıdır. Bütün bunların hamısı isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini diktə edir. Bu diktə isə İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mövqeyini dəyişir. İranda başa düşüblər ki, məhz 1992-ci il Şuşa faciəsi ilə İran regional proseslərdən uzaqlaşdırılıb. Güclənən İran regional proseslərdə pay sahibinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu isə regionda RF və ABŞ-ın maraqlarının daralması hesabına başa gələcəkdir. Şuşa faciəsi ilə İranın regional proseslərdən uzaqlaşdırılmasının günahkarı kimi Rəsmi Tehran əsasən bu 2 dövləti ittiham edir. RF-dən narazılığı daha çoxdur. Regional iştirakda, o cümlədən, Dağlıq Qarabağ tənzimlənməsində İranın rolunu inkar etməsi İranın Ermənistandan narazılığının əsas səbəblərindən biridir".

M.Əhmədoğlu qeyd edib ki, AİB-ə üzv olmaq üçün Ermənistan Dağlıq Qarabağı özünün tərkib hissəsi etməyəcəi ilə bağlı AİB təsisçiləri qarşısındarəsmi öhdəlik götürdü: "Bu, Ermənistanın Dağlıq Qarabağ siyasətində vacib konkretləşmədir."Heç kim "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımaq istəmir. Abxaziya, Osetiya və Kosovadan sonra heç kim Dağlıq Qarabağı tanımadı. O vaxt heç nə dəyişmədiyi kimi indi də heç nə dəyişməyəcək". Ermənistanda hakimiyyətə, beynəlxalqtəşkilatlara və diaspora yaxın politoloqun bu fikrini də nəzərə alsaq Dağlıq Qarabağ tənzimlənməsində real mənzərəni təsəvvür etmək olar".

Politoloqun sözlərinə görə, AİB-üzvlük Dağlıq Qarabağ tənzimlənməsini kontekstindən 5 məsələni aktuallaşdırdı:

"ı. RF-nin mülkiyyəti olan "Tex-"Stepanakert""qaz boru kəmərinin Azərbaycan ərazisindəki statusunun müəyyənləşməsi

ıı. RF-nin təbii qazının "Tex-"Stepanakert"" Azərbaycan ərazisindəki nəqli

ııı. Azərbaycan Respublikasının mülkiyyəti olan Mehri dəmiryolunun Ermənistan ərazisindəki hissəsinin statusunun müəyyən olunması

ıv. Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistana məxsus hərbi texnikanın və digər mülkiyyətin taleyi

v. Ermənistan vətəndaşlarınınAzərbaycanın işğal olunmuş ərazilərindəki hərbi xidməti və ya əmək fəaliyyətinin qanunauyğunluğunun müəyyənləşdirilməsi".

Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Loading Bars
Xəbər lenti
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaşa görə pensiyaların orta aylıq məbləği artıb
Bütün xəbərlər