...

İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Siyasət Materials 9 Fevral 2015 16:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.
İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.

Görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışıldı, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulandı. Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa "TOP-16" Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirildi və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti