...

İlham Əliyev Həsən Ruhanini təbrik edib: "...bundan sonra da qarşılıqlı səylər göstərəcəyik"

Siyasət Materials 10 Fevral 2015 18:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Həsən Ruhanini təbrik edib: "...bundan sonra da qarşılıqlı səylər göstərəcəyik"

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşamış, ortaq mənəvi dəyərləri və ənənələri bölüşən qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdədir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti