...

Elmar Məmmədyarov rektoru qəbul edib

Siyasət Materials 17 Fevral 2015 15:27 (UTC +04:00)
Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektorunu qəbul edib.
Elmar Məmmədyarov rektoru qəbul edib

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyevi qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin ruhuna uyğun olaraq, ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu qeyd edilib.

Görüş əsnasında ADA Universiteti ilə Türkmənistanın Humanitar məsələlər və İnkişaf üzrə Beynəlxalq Universiteti arasında tələbə və müəllim heyətinin mübadiləsi, tədris proqramlarının uyğunlaşdırılması və əməkdaşlığın müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti