...

İqbal Ağazadə: "Biz artıq orada yoxuq"

Siyasət Materials 18 Fevral 2015 13:34 (UTC +04:00)
Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində hansı formada iştirak edəcəyi və namizədlərinin müəyyən edilməsi istiqamətində iş aparır.
İqbal Ağazadə: "Biz artıq orada yoxuq"

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində hansı formada iştirak edəcəyi və namizədlərinin müəyyən edilməsi istiqamətində iş aparır. Bu barədə Trend-ə partiyanın sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə partiyanın parlament seçkilərinə digər siyasi təşkilatlarla birgə gedəcəyi barədə ehtimalların olduğunu da vurğulayıb: "Azərbaycan Demokrat Partiyası, 125-lər siyasi klubu ilə bir yerdə gedəcəyimiz çox böyük ehtimaldır".

O, rəhbərlik etdiyi partiyanın Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunmadığını da diqqətə çatdırıb: "Biz artıq orada yoxuq. Onlar blok yaratdı və biz də oradan çıxdıq".

Bundan əvvəl Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Trend-ə rəhbərlik etdiyi partiyanın Mərkəzdən çıxdığını deyib.

Qeyd edək ki, Mərkəzdə Müsavat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Demokrat, Ümid, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları təmsil olunurdu. Onlardan Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Azad Demokratlar, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal Demokrat, Aydınlar, Azadlıq və Böyük Azərbaycan partiyaları seçki bloku yaradıb. Yerdə qalan 3 partiya - Azərbaycan Demokrat, Ümid və Müsavat partiyaları isə bloka qoşulmaqdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti