...

Vurğun Əyyub: "Müsavat rəhbərliyinin nə istədiyi anlaşılan deyil"

Siyasət Materials 18 Fevral 2015 17:10 (UTC +04:00)
“Müsavat rəhbərliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına qoşulan müsavatçılara çağırış etməsi, onları nizamnaməni pozacaqları halda partiyadan çıxarılmaqla hədələməsi anlaşılan deyil”.
Vurğun Əyyub: "Müsavat rəhbərliyinin nə istədiyi anlaşılan deyil"

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat rəhbərliyinin Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatına qoşulan müsavatçılara çağırış etməsi, onları nizamnaməni pozacaqları halda partiyadan çıxarılmaqla hədələməsi anlaşılan deyil". Bu barədə Trend-ə hərəkatın təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.

V.Əyyub qeyd edib ki, nizamnaməni pozan üzv partiyadan azad edilə bilər: "Amma Müsavat Partiyasının nizamnaməsinin pozulub-pozulmamasının ADR ilə nə bağlılığı var?"

Onun sözlərinə görə, belə görünür ki, Müsavat rəhbərliyi sadəcə ADR-ə qısqanclıq göstərir və nizamnaməni bəhanə edib ADR-ə qoşulan müsavatçıları partiyadan uzaqlaşdırmaq niyyətindədir: "Bu bir qədər "O olmasın, bu olsun" filmində qoçuların xorla "aç qapını, gələk səni öldürək" oxumasına bənzəyir".

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti