...

Azərbaycan və İran bir sıra sənədlər imzalayıblar

Siyasət Materials 24 Fevral 2015 15:53 (UTC +04:00)
İran və Azərbaycan Sərhəd Qoşunları komandanlarının Tehranda keçirilən 8-ci iclasında iki ölkə arasında bir neçə anlaşma memorandumu imzalanıb.
Azərbaycan və İran bir sıra sənədlər imzalayıblar

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Ümid Niayeş/

İran və Azərbaycan Sərhəd Qoşunları komandanlarının Tehranda keçirilən 8-ci iclasında iki ölkə arasında bir neçə anlaşma memorandumu imzalanıb.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, sənədləri Azərbaycanın Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev və onun iranlı həmkarı general-mayor Qasım Rezayi imzalayıblar.

Q.Rezayi azərbaycanlı həmkarı ilə keçirdiyi görüşdə qaçaqmalçılıq, sərhəddən icazəsiz keçmə, qanunsuz ov və digər məsələləri müzakirə etdiyini bildirib. O deyib ki, tərəflər bu iclasların sərhəd bölgəsinə yaxın şəhərlərdə keçirilməsi məsələsi üzrə də razılığa gəliblər.

İranlı general İran-Azərbaycan sərhədlərinin ən təhlükəsiz sərhədlər olduğunu qeyd edib.

E.Quliyev İran Polis Qüvvələrinin baş komandiri İsmail Əhmədi Müqəddəm ilə də görüşüb və müzakirələr aparıb.

Trend-in "IRIB" agentliyinə istinadən verdiyi məlumata görə, İ.Ə.Müqəddəm terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizənin iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti