...

Prezident İlham Əliyev: Əsas ərzaq məhsullarında heç bir bahalaşmadan söhbət gedə bilməz

Siyasət Materials 24 Fevral 2015 23:51 (UTC +04:00)
Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir
Prezident İlham Əliyev: Əsas ərzaq məhsullarında heç bir bahalaşmadan söhbət gedə bilməz

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Monitorinq keçirilir və qiyməti süni şəkildə artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Prezident bildirib ki, son illər ərzində ölkədə istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal edilir: "Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq. Ümumiyyətlə, kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra uğurlu iqtisadi inkişaf prosesi gedəcək".

Dövlət başçısı vurğulayıb ki, iqtisadiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir: "Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, sosial məsələlərə daha çox vəsait xərclənsin, büdcədə problem olmasın və ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtında icra edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti