...

Azərbaycan və İran sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni təkliflər verilib

Siyasət Materials 25 Fevral 2015 10:37 (UTC +04:00)
"Hal-hazırda Azərbaycan-İran sərhədində elə bir ciddi problem yoxdur. Hazırda bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin yeni forma və üsulların axtarılması ilə məşğuluq".
Azərbaycan və İran sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni təkliflər verilib

İran, Tehran, 25 fevral /Trend, müxbir Təmkin Cəfərov/

"Hal-hazırda Azərbaycan-İran sərhədində elə bir ciddi problem yoxdur. Hazırda bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin yeni forma və üsulların axtarılması ilə məşğuluq". Bunu Trend-ə Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-mayor Fərhad Tağızadə İran və Azərbaycan sərhəd xidməti rəislərinin Tehrandakı görüşünün nəticələri ilə bağlı eksklüziv açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasında sərhəddəki vəziyyət, ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər, həll olunası məsələlərin araşdırılması və gələcəkdə görüləcək işlər müzakirə olunub: "Adətən belə görüşlərdə protokol imzalanır və protokolda aparılan danışıqların nəticələri öz əksini tapır. Bu görüşlərdə hər iki tərəfdən əməkdaşlıqla bağlı bəzi yeni təkliflər irəli sürüldü. Təkliflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və onun səmərəliliyinin artırılması ilə bağlı idi. Biz bu təkliflər üzərində işləyəcəyik".

F.Tağızadə qeyd edib ki, 2015-ci il ərzində iki ölkənin sərhəd xidmətlərinin rəhbərliyi arasında bir neçə görüşün keçirilməsi nəzərdə tutulub. Həmin görüşlərdə irəli sürülən təkliflər bir daha müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti