...

Deputatlarımız Paraqvayda Senatın prezidenti ilə görüşüblər (FOTO)

Siyasət Materials 6 Mart 2015 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Cənubi Amerikada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Paraqvayda bir sıra görüşlər keçirib.

Millət vəkili Fuad Muradovun Trend-ə verdiyi məlumata görə, nümayəndə heyəti ilk olaraq Milli Konqresin və Senatın prezidenti Blas Yano, Deputatlar Palatasının prezidenti Don Huqo Velaskez və xarici işlər nazirinin müavini, mədən və enerji nazirinin müavini ilə görüşüblər. Görüşdə tərəflər iki ölkə parlamenti arasında əlaqələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Paraqvay Azərbaycanla diplomatik münasibətləri 2004-ci il aprelin 20-də qurub. İki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanıb.

Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin deputat qrupunun, həmçinin kənd təsərrüfatı nazirinin müavini və ARP (Paraqvay Kənd Təsərrüfatı Assosasiyası), FECOPROD (İstehsal Korporativləri Federasiyası), APROLE (Süd Məhsullarının İstehsalçıları və Südçülük Təsərrüfatçıları Assosiyasıyası) nümayəndələri ilə birgə görüşü keçirilib.

Qeyd edək ki, Cənubi Amerika ölkələrinə səfər edən deputat qrupunun tərkibinə Milli Məclisin deputatı F.Muradov, Cavanşir Feyziyev, Aslan Cəfərov, Muxtar Babayev və Asim Mollazadə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti