Azərbaycan, Bakı, 14 mart/Trend, müxbir İlhamə İsabalayeva/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu keçiriləcək.
Martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarus) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar təşkil olunacaq.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər