...

Türkiyə TANAP-dakı payından imtina edə bilməz

Siyasət Materials 10 Aprel 2015 15:18 (UTC +04:00)

Rus xəbərlər xidməti

Maksim Tsurkov - Trend:

Türkiyə heç vaxt Transanadolu qaz kəməri (TANAP) layihəsindəki payından imtina etməyəcək. Bunun bir neçə səbəbi var. Ən əsas səbəb budur ki, Ankara Türkiyə ərazisindən keçən iri infrastruktur layihə üzrə təsir alətlərinə malik olmalı və qərar qəbul etməlidir.

Bununla yanaşı, bu boru kəməri Ankaranın Avropaya təsir alətidir ki, bu da çoxdan heç kəs üçün sirr deyil. Qeyd edək ki, Türkiyə "Şahdəniz" layihəsində (TPAO dövlət şirkəti) paya sahibdir ki, bu amil layihədə iştirak payının saxlanılmasını zəruri edir.

Türkiyənin TANAP-dakı payının 30 faiz hissəsini satması isə başqa məsələdir. Birincisi, bu onun reallaşdırılmasında Ankaraya investisiyalar üzrə maliyyə yükünü azaltmağa imkan verəcək. Belə ki, 10-11 milyard dollarlıq layihənin maliyyəlləşdirilməsi üçün Türkiyəyə 3 milyard dollardan çox vəsait tələb olunur.

İkincisi, bu, çoxsaylı şirkətlər arasında məsuliyyətin bölüşdürülməsi hesabına risklərin azalmasına gətirib çıxaracaq. Üçüncüsü, digər layihələrdə iştirak etmək üçün ölkəni vəsaitlərdən azad edəcək. Payının bir hissəsini satmaq Türkiyənin gəlirlərinə təsir etməyəcək. Türkiyə maliyyələşdirməyə qənaət etməklə istənilən halda ərazisi vasitəsilə qazın tranzitindən xeyli vəsait əldə edəcək.

Prinsipcə, layihədə iştirak payının hissəsini (58 faiz) SOCAR da reallaşdıra bilər. Layihənin maliyyələşdirilməsi üçün böyük iştirak payı xeyli vəsait (6 milyard dollardan çox) tələb edir ki, bu da indiki böhran şəraitində çox çətindir. Azərbaycan üçün qərar qəbul etməyə və bloka almağa, eləcə də qaz kəmərini faktiki olaraq nəzarət etməyə imkan verən paketin saxlanılması kifayət edəcək. Azərbaycan Transadriatik qaz kəmərində (TAP) pay əldə etməklə bu prinsipə uyğun hərəkət etdi.

Layihədə payın bir hissəsinin potensial alıcılarına gəlincə, onların dairəsi qismən aydın cızılıb. SOCAR-dan dəfələrlə bəyan ediblər ki, TANAP-ın iştirakçıları qaz kəməri üzrə öz qazını nəql etməyə hazır olan şirkətlər ola bilər. Bununla belə, onlar təkcə Türkmənistan və İran şirkətləri olmaya da bilər. Layihədə iştirak payı üzrə ən yaxın namizədlər Azərbaycanda qaz hasil edən şirkətlər ola bilər. Fransa şirkətləri yaxın illərdə "Abşeron" yatağında qazma işlərinə başlamağı planlaşdırır, SOCAR "Ümid" layihəsində tərəfdaşın cəlb edilməsi üzrə tender keçirir, ölkədə xeyli sayda digər perspektiv strukturlar var və onların kəşfiyyatı, eləcə də işlənməsi ixrac üçün marşrutlar tələb edir. Məhz bu şirkətlər qısamüddətli perspektivdə TANAP-ın iştirakçıları ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti