...

Avropa - "ədalət carçısı" dünyada ən böyük soyqırımın müəllifidir

Siyasət Materials 23 Aprel 2015 18:03 (UTC +04:00)
Yevropa ölkələrinin parlamentləri yenə başlayıblar qətnamə-qətnamə oynamağa. Səbəbi də məlumdur - "məzlum", "yazıq" ermənilərin "soyqırım"ının "100-cü ildönümü".
Avropa - "ədalət carçısı" dünyada ən böyük soyqırımın müəllifidir

Bəxtiyar Hacıyev - Trend:

Yevropa ölkələrinin parlamentləri yenə başlayıblar qətnamə-qətnamə oynamağa. Səbəbi də məlumdur - "məzlum", "yazıq" ermənilərin "soyqırım"ının "100-cü ildönümü".

Bir neçə gün bundan əvvəl müqəddəs hesab olunan şəxslərin, dəyərlərin təhqir edilməsinə görə Fransada cərimə və ya cəza tədbirlərinin tətbiq olunmadığını, belə bir qanunvericiliyin olmadığını bildirən Fransua Olland, deyəsən, ölkəsinin parlamentinin neçə ildir "soyqırım" sənədi ilə və bu sənədə əldəqayırma "soyqırım"ın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan bəndin pərçim edilməsi ilə məşğul olduğunu tamamilə unudub. Yoxsa o boyda Firəngistanın padşahı "fağır" erməniləri müqəddəslərdən üstün tutmazdı ki. Yox, əgər bilərəkdən belə bəyanat veribsə, onda firənglər məni məzur tutsun - bu, siyasət deyil, əsl əxlaqsızlıqdır. Necə olur ki, müsəlmanların heysiyyatına toxunanda, müqəddəs zatları, dəyərləri təhqir edəndə və bununla, ölkədə kütləvi narazılıqlara səbəbkar olanda cəza tətbiq etmək yada düşmür, qanunvericilik bunu nəzərdə tutmur, amma soyu olmayan erməninin "soyqırım"a "məruz" qaldığını inkar edəndə isə cərimə edir, cəzalandırır, nə bilim, iş verirlər.

Ümumiyyətlə, fransızlarda bu erməni sevgisinin haradan yarandığını bilmirəm. Bu iki millətin bir-biri ilə qohumluğu yoxdur, amma ermənilərin türklərdən, farslardan dönmə olduğunu, böyük millətlərin erkəklərinin kiçik millətlərin zərif cinsinə tamah salması nəticəsində dünyada artıb yayıldığını isbat etməyə ehtiyac yoxdur. Soyadlar ən gözəl tarixi faktdır: Sərkisyan, Ohanyan, Dəmirçiyan, Nalbəndyan, Çiçəkyan, Mirzəyan, Şahgəldiyan, Teymuryan və s. və i.a.

Bu Yevropa ölkələrinin parlamentlərinə bir zamanlar bütün Amerikaya yayılmış, qitənin yerli əhalisi olan hinduları da xatırlatmaq lazımdır. Əgər dünyada millətlərin soyqırıma məruz qalmasına belə kədərlənib, belə ah-zar edirsinizsə, hətta qatilləri cəzalandırmağa belə həvəslisinizsə, onda özünüzdən başlayın. Dünyada ən böyük soyqırımın müəllifi yevropalılar, ən böyük soyqırıma məruz qalanlar isə hindulardır. Bəli! Yevropalılar tərəfindən düz 3 əsr ərzində (1622-1924-cü illər) Amerikanın yerli əhalisinə qarşı misli görünməmiş qətliamlar törədildi. Nəticə dəhşətlidir: 10 milyonlarla hindu qəsdən və amansızcasına qətlə yetirildi...

Haydı, başlayın özünüzə qarşı qəbul etməyə bu qətnamə adlanan kağız parçalarını! Budurmu ədalətiniz? Əslində isə dünyaya demokratiya adı altında "ədalət" gətirmək cəhdinizin arxasında yalnız bir məqsəd dayanır - kütləvi qətllər!

Fələstin, Əfqanıstan, İraq, Suriya, Liviya, Misir, Yəmən - qan tökərək "demokratikləşdirmək" istədiyiniz ölkələrin ardını və qurbanların sayını siz sayın...

İndi biz bu "ədalət carçıları"ndan - atalarının görmədiyi "soyqırım"a kağız parçaları, xeyli vaxt sərf edən, fəqət özlərinin gördüyü faciəni - Xocalı soyqırımını qəbul etməyən, "Karabas-Barabas" oyuncağı olan bu yevropalı siyasətçilərdən hansı məsələyə hansı ədalətli yanaşmanı tələb edək?..

Sonda xatırladaq ki, 24 aprel - Çanaqqala zəfərinin 100-cü ildönümüdür. BAYRAMINIZ MÜBARƏK!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti