...

İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Siyasət Materials 25 Aprel 2015 18:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb
İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram."

Xəbər lenti

Xəbər lenti