...

Zakir Həsənov türkiyəli ordu generalı ilə görüşüb (FOTO)

Siyasət Materials 19 May 2015 16:35 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Zakir Həsənov türkiyəli ordu generalı ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir qonağı salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb.

Z.Həsənov Türkiyənin hərbi akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması, Azərbaycan hərbçilərinin müxtəlif kurslara ezam olunması məsələlərinin vacibliyini qeyd edib, belə tədbirlərin planlı, kompleks şəkildə həyata keçirlməsinə dair fikirlərini bölüşüb. Bu kimi tədbirlərin hər iki qardaş ölkə üçün səmərəli olduğunu vurğulayan müdafiə naziri deyib: "İnanıram ki, biz indi gördüyümüz bu işlərlə gələcək uğurların təməlini qoyuruq. Əlaqələrimiz inkişaf etdikcə, yaxın gələcəkdə indi atdığımız addımların müsbət bəhrəsini görəcəyik".

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Səmimi qəbul üçün təşəkkürünü bildirən ordu generalı A.Rəcəb ölkələrimiz arasında əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. O, Türkiyə-Azərbaycan tərəfdaşlığının vacibliyini bir daha vurğulayıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşqun və hərbi attaşe, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti