...

Riqada keçirilən sammitin bəyannamə layihəsində Aİ-də üzvlük barədə fikir yoxdur

Siyasət Materials 22 May 2015 14:30 (UTC +04:00)
Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitinin bəyannamə layihəsində Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olma ehtimalı ilə bağlı cümlə yoxdur.
Riqada keçirilən sammitin bəyannamə layihəsində Aİ-də üzvlük barədə fikir yoxdur

Azərbaycan, Bakı, 22 may /Trend/

Riqada keçirilən "Şərq tərəfdaşlığı" sammitinin bəyannamə layihəsində Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olma ehtimalı ilə bağlı fikir yoxdur. Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Brüsselin "Euobserver" internet-qəzeti xəbər verib.

Xəbərdə deyilir: "Sammitin bəyannaməsində bildiriləcək ki, iştirakçılar gələcək üzvlük perspektivi olmadan "Avropaya yönəlməyi və əlaqədar tərəfdaşların Avropa seçimini etiraf edir".

Bununla yanaşı, Aİ hökumətinə yaxın mənbənin məlumatında deyildiyi kimi, ittifaqın aparıcı ölkələrinin liderləri açıq-aşkar bildiriblər ki, Riqada bu gün üçün "Şərq tərəfdaşlığı" iştirakçılarının hesabına Aİ-nin genişləndirilməsi məsələsinə baxılmır, ancaq uzunmüddətli perspektivdə "heç nə istisna edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti