Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyunun 4-5-də Xarkov şəhərində keçiriləcək Ukrayna müdafiə sənayesi müəssisələri ilə tanışlıq tədbirində iştirak edəcəklər.