Politoloq: Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Serj Sərkisyana qəbul etdirdi

Politoloq: Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Serj Sərkisyana qəbul etdirdi

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Ermənistan prezidenti Serj Sərkisyana qəbul etdirdi. Riqa sammiti Avropa İttifaqının Ermənistandan məyus olduğunu göstərdi".

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, hətta 2008-ci ildə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının müəllifləri olan Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin müvafiq rəsmiləri Riqa sammitindən əvvəl Yerevana səfər edib. Yerevanı ayıltmağa cəhd etsələr də bu da baş vermədi: "2008-ci ildə Aİ-nin Polşa və İsveç kimi antirusiya dövlətləri S.Sərkisyanın başçılığı ilə ermənilərin güclü antirusiya kompaniya aparacağına həm də inanaraq Şərq Tərəfdaşlığı Proqramını hazırlamışdılar. 2009-cu ildə bu proqram rəsmən fəaliyyətə başladı. 2013-cü ilin sentyabrın 1-dək Ermənistan bu proqramın ən aktiv iştirakçısı idi. Şimali Qafqaz məsələlərini Aİ liderləri ilə S.Sərkisyanın tez-tez müzakirə etməsindən başa düşmək olurdu ki, Ermənistanın yenicə seçilmiş prezidenti S.Sərkisyan Şimali Qafqazda Rusiyaya problem yaratmaqda Qərbə yol göstərir. S.Sərkisyan Azərbaycanın yerini daraltmaq kursu götürmüşdü. Müəyyən mənada buna nail oldu. Aİ Ermənistanda insan hüquqları, demokratiya və seçki sahəsindəki hüquq pozuntularına göz yumdu. Ermənistana kifayət qədər maliyyə yardımı ayırdı. Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini az qala 180 dərəcə dəyişdi".

M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan Aİ-nin antirusiya istiqamətində qələbəsinə nail ola bilməsə də 5 il müddətində Aİ-ni Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdıra bildi: "Hətta Aİ Dmitri Medvedevin prezidentliyinin son ilində Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Aİ-yə əməkdaşlıq təklifini rədd etdi. S.Sərkisyan Aİ-də fəaliyyətinin antiazərbaycan olmasını Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubileyinə həsr olunmuş Praqa iclasında etiraf etdi. S.Sərkisyan 2013-cü il sentyabrın 1-də Aİ ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində assosiativ müqaviləni parafladıqdan sonra dərhal Moskvaya çağırıldı və beləliklə, S.Sərkisyan Moskvada Ermənistanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə üzv olduğunu bildirdi. İsveç və Polşa Xarici İşlər Nazirliklərinin siyasi direktorları ilə birlikdə Yerevana səfər edib görüşlər keçirməsini də biz son 6 ildə Aİ Şərq Tərəfdaşlığı Proqramına yekun vurmaq kimi yanaşırıq. Bu səbəbdən də Aİ-nin Riqa sammitində Ermənistanla hətta simvolik də olsa sənəd imzalanmadı. Amma yeni əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında anlaşma memorandumunun imzalanması ehtimalı sıfır deyil. Görünür, Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin siyasi direktorlarının verdiyi məlumat öz işini görür".

M.Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyan sammitin gedişində növbəti zərbəni Aİ-nin Riqa sammitinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və dövlət suverenliyini dəstəklənməsində aldı: "Almaniyanın federal kansleri Anqela Merkel S.Sərkisyanla görüşərək onu "ərazi bütövlüyü prinsipi"nin dəstəklənməsinə vadar etdi. A.Merkel Riqa sammitinə qatıldığı andan yekun sənəddə Şərq Tərəfdaşlığına üzv ölkələrin ərazi bütövlüyünə dəstəyin vacib olduğu tezisinin yer alacağını bildirmişdi. Bu, Ermənistan üçün ciddi zərbədir. Daha çox zərbə S.Sərkisyanın özünədir. S.Sərkisyan özündən əvvəlki hər iki prezidenti (L.Ter-Petrosyan və R.Koçaryan) Dağlıq Qarabağ məsələsində güzəştli mövqedə ittiham edirdi. L.Ter-Petrosyan barədə belə fikirlər tez-tez və açıq şəkildə səsləndirilsə də R.Koçaryan barədə bir az astadan danışırdılar. R.Koçaryanı ATƏT-in İstanbul sammitində üzv ölkələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə ittiham edirdilər. İndi S.Sərkisyan özü Şərq Tərəfdaşlığı Proqramının üzv dövlətlərin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək məcburiyyətində idi. "Üzv dövlətlərin ərazi bütövlüyünün dəstəkləmək" prinsipi NATO-nun son 4 sammitində tətbiq olunur. Amma Ermənistan və Azərbaycan NATO-ya üzv deyillər. Ermənistanın rəsmən üzv olduğu qurum Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. S.Sərkisyan etiraz edə bilmədi".

Politoloqun sözlərinə görə, S.Sərkisyanın Aİ-nin Riqa sammitinin iclasında çıxış edib Azərbaycanın ərazi bütövlüyü prinsipinin Dağlıq Qarabağa aid olmaması fikri siyasi demaqoqiya və özünü aldatmaqdan başqa bir şey deyil:

"Əvvəla, Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib. Çünki o zaman BMT keçmiş SSRİ dövlətlərinin arasındakı mübahisələrə girişə bilməzdi. Vaxt az idi. Ona görə bütün keçmiş SSRİ dövlətləri SSRİ dövründəki əraziləri ilə BMT üzvü oldular. Bu, həm Azərbaycana, həm də Ermənistana aiddir. İkincisi, Laçın və ya Kəlbəcər heç vaxt Dağlıq Qarabağa daxil olmayıblar. Onda S.Sərkisyan dərhal Laçını və Kəlbəcəri, eləcə də digər əraziləri işğaldan azad etməlidir. Laçının işğaldan azad edilməsi Dağlıq Qarabağın işğaldan azad olunması anlamındadır. Millətlərin öz müqqədəratını təyinetmə prinsipi ilə bağlı onun istinadgahı da elmi cəhətdən savadsızlıqdır. Görünür, S.Sərkisyan ətrafına tamam savadsız, qorxaq məmurları topladığına görə heç kim ona fikirlərinin savadsız olduğunu deyə bilmir. Dünyada 2000-dən çox dil və ya etnik qrup mövcuddur. Bunun yalnız 200-nün dövləti var. Əgər S.Sərkisyanın dediyi kimi ərazi bütövlüyü prinsipi prioritet olsaydı, onda BMT-nin üzv dövlətlərinin sayı 200 deyil, 1000 və ya 2000 olardı. Eləcə də S.Sərkisyan o qədər savadsızdır ki, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin adını qarışdırır və həm də bu prinsipin tələblərinə zidd hərəkətlər edir".

M.Əhmədoğlu bildirib ki, xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə görə, bu prinsipin reallaşması digər beynəlxalq prinsiplərin pozulmasına şərait yarada bilməz: "Ərazi bütövlüyü prinsipi də beynəlxalq hüquq prinsipidir və Helsinki Yekun Aktında təsbit olunub. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin 2-ci şərti, bu prinsipin reallaşmasının xalqlar arasında əməkdaşlığa şərait yaratmasıdır. S.Sərkisyan və R.Koçaryan "azərbaycanlılarla ermənilərin etnik uyuşmamazlığı nəzəriyyəsi"nin müəllifləridir. Hər halda Riqa sammitinin belə qərarı gözlənilən idi və Ermənistanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsinə zəif etirazı isə çox şeyi deyir. Ermənistan gücünü itirir. Riqa sammitinin yekun sənədində Ermənistanla əməkdaşlığın yeni hüquqi bazasının yaradılmasına dair danışıqların başlanmasına aid müddəa çox mücərrəd anlayışdır. Ən azı bu danışıqların başlanma vaxtı bəlli deyil".

Politoloq vurğulayıb ki, Aİ-nin Riqa sammitindən sonra Ermənistan orada baş verənləri özünün uğuru kimi təqdim etdi: "Guya Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istədiyinə nail ola bilmədi. Guya Azərbaycan zalı tərk etdi və bununla da özünü izolyasiya vəziyyətinə saldı. Riqa sammitində baş verənlərin təntənəli qələbə kimi təqdim edilməsi Aİ-nin Ermənistandakı səfiri T.Xristeanı narahat etdi. O, yekun sənəddə yazılandan əlavə Ermənistan üçün heç bir şeyin nəzərdə tutulmadığını bildirdi. Ermənilər başa düşmək istəmirlər ki, Azərbaycan Aİ-nin Riqa sammitində Dağlıq Qarabağ tənzimlənməsində konkret, ciddi dəyişikliyin baş verməsi üçün 2 addım atmağı tələb edirdi. Aİ-isə birini atdı. S.Sərkisyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da həmin bir addımın içərisindədir".

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə, Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Bütün xəbərlər