...

Bakıda Rusiya və Türkiyə prezidentlərinin görüşü bağlı qapılar arxasında keçib

Siyasət Materials 13 İyun 2015 12:14 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Bakıda danışıqlar aparıblar. Görüş bağlı qapılar arxasında keçirilib.
Bakıda Rusiya və Türkiyə prezidentlərinin görüşü bağlı qapılar arxasında keçib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Bakıda danışıqlar aparıblar. Görüş bağlı qapılar arxasında keçirilib. Trend bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov, XİN rəhbəri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, atom enerjisi üzrə dövlət korporasiyası "Rosatom"un baş direktoru Sergey Kiriyenko, "Qazprom"un rəhbəri Aleksey Miller iştirak edib.

Fotosessiya zamanı prezidentlər ötən gün baş tutan I Avropa Oyunlarının açılış mərasimi barədə təəssüratlarını bölüşüblər.

Xatırladaq ki, hər iki prezident açılış mərasimində iştirak edib.

V.Putin və R.T.Ərdoğan mərasimin çox gözəl keçdiyini deyib və ölkərini təmsil edən komandalara və I Avropa Oyunlarının ev sahibi Azərbaycan idmançılarına uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti