...

Niderland azərbaycanlıları Avropanın bəzi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat yayıb

Siyasət Materials 17 İyun 2015 17:17 (UTC +04:00)
Niderlanddakı Azərbaycan diaspor təşkilatı bəyanat qəbul edib.
Niderland azərbaycanlıları Avropanın bəzi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat yayıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Avropanın bəzi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyinə dair bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, Avropanın bəzi dairələri tərəfindən zaman-zaman ölkəmizə qarşı səsləndirilən qərəzli və ikili standartlara söykənən böhtan dolu fikirlər Bakı-2015 Birinci Avropa Oyunları ilə əlaqədar daha da intensivləşib: "Ölkəmizin dünyada artan nüfuzunu həzm edə bilməyən həmin dairələr qərəzli mövqedən çıxış edərək Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, bütün vasitələrlə ölkəni beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd edirlər".

Bəyanat müəllifləri hesab edirlər ki, bu təşkilatların fəaliyyəti, keçirdiyi aksiya və tədbirlər sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir və Azərbaycanla bağlı konkret sifarişləri yerinə yetirirlər. Təşkilat üzvləri belə qurumları beynəlxalq səviyyəli hüquq-müdafiə təşkilatı adlandırmağın ozünü insan haqlarına hörmətsizlik kimi qiymətləndirir.

Onlar hesab edir ki, insan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilatlar, əslində öz məkrli fəaliyyətləri ilə insan hüquqlarının təmin edilməsinə böyük zərbə vurur: "Biz, Azərbaycan-Türk Kültür Dərnəyi olaraq sözügedən dairələrin qərəzli, böhtan dolu fikirlərini və məkrli kampaniyalarını qəti şəkildə pisləyir və bildiririk ki, həmin dairələrin ikili standartlara söykənən, qarayaxma xarakterli fəaliyyətini nə sadə Niderland vətəndaşları, nə də bu ölkədə yaşayan Azərbaycan, Türkiyə diasporu dəstəkləyir".

Bəyanatın sonunda Azərbaycan-Türk Kültür Dərnəyinin Bakı-2015 birinci Avropa Oyunlarına dəstəyi və yarışın sonadək yüksək səviyyədə keçiriləcəyinə əminliyi ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti