...

Novruz Məmmədov: Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər

Siyasət Materials 18 İyun 2015 14:18 (UTC +04:00)
Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb.
Novruz Məmmədov: Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Səba Ağayeva/

Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, görünür, Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər, təəssüf.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti