Çarlz Hendri: Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib (FOTO)

Çarlz Hendri: Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Böyük Britaniyanın "Politics First" jurnalının iyul buraxılışında bu ölkənin keçmiş enerji naziri, Baş nazirin Azərbaycandakı sabiq ticarət nümayəndəsi, 2001-2015-ci illərdə parlamentin üzvü olmuş Çarlz Hendri "Avropa Oyunları: Azərbaycan Qərbi salamlayır" adlı məqalə ilə çıxış edib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Müəllif yazır: "Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistanda ticarət nümayəndəsi vəzifəsində çalışdığım zaman mənim Bakıya dəfələrlə səfərlərim olub. Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğunu və bu ölkənin "Cənub Qaz Dəhlizi"nin yaradılmasında mərkəzi yer tutduğunu nəzərə alsaq, deyə bilərəm ki, səfərlərimin əsas məqsədi daha çox işgüzar xarakter daşıyıb. 2020-ci ildən etibarən bu layihə çərçivəsində Xəzər dənizinin Azərbaycana məxsus hissəsindən qaz İtaliyada bağlayıcı vasitəsilə Avropaya nəql ediləcək, bununla da Avropanın təchiz olunmasında müxtəliflik yaradılacaq".

Ç.Hendri qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqından ayrılaraq müstəqillik əldə edən Azərbaycan firavan, Qərbə yönələn, tolerant və dünyəvi ölkəyə çevrilib: "Bu ölkə Avropa Şurasına üzv olub, həmçinin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına qoşulub. Bundan əlavə, o, öz sülhməramlı qüvvələrini Kosovo, İraq və Əfqanıstana da göndərib. Bütün bu səbəbləri nəzərə alaraq deyə bilərik ki, 2012-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ilk Avropa Oyunlarının 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilməsi barədə qərar verməyi təəccüb doğurmadı. Azərbaycan bu vəzifənin öhdəsindən gəlməyə bilməzdi. Onun bu Oyunları keçirmək üçün zəruri olan bütün stadionları, arenaları, zəruri idman qurğularını inşa etmək və infrastruktur yaratmaq üçün cəmi iki il yarım vaxtı var idi. Halbuki bu cür inşaat proqramlarının həyata keçirilməsi adətən 7 il vaxt tələb edir.

Burada təşkilati məsələlər əsas oldu. Belə ki, bütün dünyadan, xüsusilə də Böyük Britaniyadan təcrübəli mütəxəssisləri dəvət etmək qərarı verildi. Bu təşəbbüs London-2012 Yay Olimpiya Oyunlarının Böyük Britaniyada uğurla həyata keçirilməsinə rəhbərlik edən Britaniya Olimpiya Komitəsinin sabiq rəhbəri Saymon Kleq tərəfindən irəli sürülmüşdü. O, Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsinə (BAOƏK) rəhbərlik edirdi. Bu komitənin Oyunların lazımi səviyyədə keçirilməsi üçün hər şeyin təmin edilməsi kimi mühüm vəzifəsi vardı. Və o, buna möhtəşəm şəkildə nail oldu! Son iki il yarım ərzində mən şəxsən Oyunlara hazırlıq işlərinin şahidi oldum. Şəhərdə keçirilən inşaat proqramı misli görünməyən bir proqram idi və bu prosesə 20 000 şirkət cəlb olunmuşdu. Ümumilikdə isə burada 18 yarış arenası var. Bura yeni tikilmiş gimnastika, BMX, üzgüçülük və atıcılıq üçün nəzərdə tutulmuş idman qurğuları, bundan əlavə, 68 000 tamaşaçı tutumu olan və atletika idman növləri, həmçinin açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan stadion daxildir. Heydər Əliyev Beynəlxalq Hava Limanının britaniyalı dizaynerlərin layihələri ilə inşa edilmiş yeni terminalı isə idmançıların ölkəyə gəlişinin rahatlığını və operativliyini təmin etdi".

O yazır ki, 50 ölkədən gəlmiş 6000-dən artıq idmançı 20 idman növü üzrə medallar uğrunda yarışıb: "Onlardan 16 idman növündə Rio-2016 Yay Olimpiya Oyunları üçün təsnifat mərhələsindən keçmək imkanı təmin edildi. Onlar tam yeni inşa edilmiş idmançılar kəndində yerləşdirilmiş, burada 1042 mənzil, və 800 ton həcmində ərzaqla təmin edilmişdilər. Bu ərzaq və yeməklər ən yaxşı qida mütəxəssisləri tərəfindən təyin edilmiş və Avropada ən böyük mətbəxlərdən gətirilmişdi. Bununla hamı razılaşır ki, bura idmançılar üçün nə vaxtsa təmin edilən yaşayış yerlərindən ən yaxşısı oldu. Bakı-2015 üçün Bakı Olimpiya Stadionunda həyata keçirilən açılış mərasimi ən yüksək səviyyədə təşkil edilmişdi. Biz digər 68 000 tamaşaçı ilə birgə əyləşərək Odlar Yurdunun canlılığını, rəngarəngliyini və ruhunu nümayiş etdirən əlamətdar bir şounu seyr etmək imkanı əldə etdik. Burada kaleydoskopik rəqs silsiləsi, atəşfəşanlıq, nəhəng bir nar və içindən çıxan "dənələri" əks etdirən şarlar, uçan xalça üzərində oturaraq muğam ifa edən Alim Qasımov, Qobustanın qayaüstü şəkilləri və Con Lennonun "İmagine" mahnısını ifa edən Ledi Qaqa var idi. Son olaraq məşəli cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan və işğal olunmuş ərazilər arasındakı təmas xəttində xidmət edərkən erməni snayperi tərəfindən vurulub gözdən əlil olan İlham Zəkiyev daşıdı".

Ç.Hendri vurğulayıb ki, açılış mərasimi Avropa Oyunlarının möhtəşəm birləşdirici gücünü nümayiş etdirdi: "Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bak bildirdi: "Biz rusiyalı idmançıların ukraynalı idmançılarla yanaşı yarışdığını görürük. Burada Serbiya və Kosovo komandaları və erməni idmançıları yarışı keçirən azərbaycanlılarla yanaşı bu Oyunlarda yarışırlar. Bütün bu idmançılar açılış mərasimində birgə yürüş ediblər. İdmanın gücü bundadır - tarixçəsindən, inancından və ya milliyyətindən asılı olmayaraq bütün insanları bir araya gətirməkdə. Bu, idmanın edə biləcəyi bir şeydir və bəlkə də yalnız idmanın edə biləcəyi şeydir".

Getdiyim hər yerdə açılış mərasimi, ümumilikdə Avropa Oyunları barədə çox həvəslə danışıldığını və xoş təəsürat eşitdim. Böyük Britaniya və Qərb mediasında verilən bəzi şərhlər çox yanlış oldu. Bu Oyunların keçirilməsi Azərbaycan üçün özünü beynəlxalq səhnədə göstərmək, son 20 il ərzində əldə etdiyi qeyri-adi dəyişiklikləri, bu gün dinamik, maraqlı və qonaqpərvər ölkə olduğunu nümayiş etdirmək üçün bir fürsət idi. Heç kəs demir ki, səyahət artıq başa çatdı və bu ölkə, əlbəttə ki, davamlı olaraq dəyişməkdədir. Oyunlar köhnə və yeni rəqibləri açıq və dürüst şəkildə yarışmaq üçün bir araya gətirdi və Azərbaycan bu cür möhtəşəm idman tədbirini həyata keçirdiyinə görə böyük etibara layiqdir. Azərbaycan çox nikbin ölkədir və beynəlxalq arenada öz yerini tutmağa qərarlıdır. Növbəti Avropa Oyunlarının keçirilməsinə kim cəhd edərsə, o, öz üzərinə çox çətin bir vəzifə götürməli olacaq".

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
Bütün xəbərlər