...

Diaspor rəhbəri: Avropanın bəzi təşkilatları Azərbaycanla münasibətdə etimadı itiriblər

Siyasət Materials 14 İyul 2015 14:46 (UTC +04:00)
Bu gün Avropa dövlətlərinin, güclərin itarə etdiyi beynəlxalq təşkilatların yarıtmaz fəaliyyətidir ki, Yaxın Şərqdə, Avropada, MDB məkanında, o cümlədə Ukraynada böhranlı vəziyyət yaşanır.
Diaspor rəhbəri: Avropanın bəzi təşkilatları Azərbaycanla münasibətdə etimadı itiriblər

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Avropa qurumları ilə bağlı söylədiyi fikirlər bir daha onu göstərdi ki, ölkəmizlə diktə dilində danışmaq mümkünsüzdür. Bunu Trend-ə açıqlamasında Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan artıq Avropa qurumları ilə əməkdaşlığına yenidən baxır: "Prezident İlham Əliyev açıqca bəyan etdi ki, Avropa qurumları ilə yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır. Bu onu göstərir ki, Avropanın bəzi təşkilatları Azərbaycanla münasibətdə etimadı itiriblər. İkili siyasət, qərəzli mövqe, öz diktələrini reallaşdırmaq kimi nüanslar Azərbaycanı bu mövqedən çıxış etməyə vadar edir".

Onun sözlərinə görə, bu gün Avropa dövlətlərinin, güclərin idarə etdiyi beynəlxalq təşkilatların yarıtmaz fəaliyyətidir ki, Yaxın Şərqdə, Avropada, MDB məkanında, o cümlədən Ukraynada böhranlı vəziyyət yaşanır, müharibə ocaqları artıb: "Prezident bəyan edirsə ki, erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, islamofob siyasətçilər Azərbaycana qarşı müharibə elan ediblər, demək ortada çox ciddi faktlar var. Ona görə də Azərbaycan vəziyyəti dərindən təhlil edib, qabaqlayıcı tədbirlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti