...

Əfqanıstandakı sülhməramlılarımız qayıdıb (FOTO+VİDEO)

Siyasət Materials 23 İyul 2015 19:56 (UTC +04:00)
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.
Əfqanıstandakı sülhməramlılarımız qayıdıb (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti