...

Azərbaycan və İran parlamentariləri əlaqələrin inkişafını müzakirə edib

Siyasət Materials 4 Avqust 2015 01:17 (UTC +04:00)
Azərbaycan və İran Parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin parlamentarilərinin Bakıda keçirilən görüşündə müzakirə olunub
Azərbaycan və İran parlamentariləri əlaqələrin inkişafını müzakirə edib

İran, Tehran, 4 avqust /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran Parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi iki ölkənin parlamentarilərinin Bakıda keçirilən görüşündə müzakirə olunub. Bu barədə Trend İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Məlumata görə, avqustun 3-də İran Parlamentinin Milli İstehsala dəstək xüsusi Komissiyasının sədri Əmirqasim Fuladvənd , Xüsusi komissiyanın sədr müavini Hadi Qəvami, komissiyanın sözçüsü İsmail Cəlili, və digər bir üzvi Hüseyn Zül-Ənvar Bakıda Azərbaycan-İran parlamentlərarası dostluq qrupun rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla görüşüb.

İranın Azərbaycandakı səfiri Möhsin Pakayinində qatıldığı görüşdə iki ölkənin parlamentariləri Azərbaycan və İran Parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.

Görüşdə parlament nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, İslam Əməkdaşlıq Təşkilatın üzv ölkələrin parlamentlərarası Birliyi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin İranlı Parlament nümayəndələri Milli Məclisin Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin İrana səfərə dəvət ediblər.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, Azərbacyan və İran xalqları arasında olan tarixi, mədəni və dini bağlılıqlar ölkələrimiz arasında mədəni, iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin yaradır.

E.İbrahimov deyib ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu əlaqələrin inkişafında ehtimal olunan maneələrin aradan qaldırılmasında təsiredici rol oynaya bilər.

İran Parlamentinin Milli İstehsala dəstək xüsusi Komissiyasının sədri Əmirqasim Fuladvənd iki ölkə arasında sənaye və iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş potensial olduğunu bildirib.

Ə.Fuladvənd deyib ki, Vyanada əldə olunan nüvə razılığından sonra yaranan yeni şəraiti nəzərə alaraq, Azərbaycan və İran rəsmilərinin davamlı məşvərəti və görüşü iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əlaqələrin daha da inkişaf etdirməsi üçün zəmin yaradacaq.

Xəbər lenti

Xəbər lenti