Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/
Silahlı Qüvvələrimizin nümayəndələri 5 aylıq xarici dil kursunda iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 2-dən 2016-cı ilin yanvarın 29-dək Polşanın paytaxtı Varşava şəhərində hərbçilər üçün ingilis dili kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək.