...

Arzu Nağıyev: Hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır

Siyasət Materials 9 Sentyabr 2015 14:05 (UTC +04:00)
Bu gün xaotik şəkildə Avropada yaşanan miqrant böhranı elə Avropa dövlətlərinin, o cümlədən ABŞ-ın Yaxın Şərq ölkələrində yürütdüyü neomüstəmləkəçi siyasətin acı nəticələridir
Arzu Nağıyev: Hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Bu gün xaotik şəkildə Avropada yaşanan miqrant böhranı elə Avropa dövlətlərinin, o cümlədən ABŞ-ın Yaxın Şərq ölkələrində yürütdüyü neomüstəmləkəçi siyasətin acı nəticələridir". Bunu Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışını şərh edərkən Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev deyib.

A.Nağyev qeyd edib ki, bu gün doğrudan da çox acınacaqlı bir vəziyyət yaranıb: "Şimali Afrika və Yaxın və Orta Şərq ölkələrindən yüz minlərlə qaçqın müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya axın edir. İkinci Dünya Müharibəsindən sonra Avropaya belə axın olmamışdı. İndi Qərb dövlətləri həmin ölkələrdə sabitliyin pozulmasıma, münaqişələrin yaranmasına səbəb olan siyasətlərinin acı nəticələri ilə üz-üzə qalıb. Həmin ölkələrdəki sabit siyasi sistemlər müxtəlif adlar altında devrildi, bunun nəticəsində münaqişələr meydana gəldi. İndi həmin ölkələrdən qaçqınlar Avropaya üz tutub".

A.Nağyev vurğulayıb ki, yaranmış bu vəziyyət Avropanın özü ilə yanaşı, bütün dünyada sabitliyi və inkişafı ciddi sual altında qoyur.

A.Nağyev sonra əlavə edib ki, bu acınacaqlı vəziyyəti yaradan qüvvələr, o cümlədən ABŞ və Avropanın müəyyən dairələri müxtəlif QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycanda da sabitliyi pozmağa cəhdlər edib və bu gün də edir: "Azərbaycanda sabitliyin mövcüd olması, əldə olunan iqtisadi uğurlar və ölkənin dünyada artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək də. Birincisi ona görə ki, hüquq-mühafzə orqanları bu istiqamətdə ciddi iş aparır, istənilən cəhdin qarşısı vaxtında müəyyən edilərək qabaqlayıcı tədbirlər görülür. Digər tərəfdən isə hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır və onların təxribatlarına getmirlər. Xalq yaxşı başa düşür ki, bu dairələrin məqsədi Azərbaycanı da xaosa sürükləməkdir. Ona görə də xalq dövlət, prezident ətrafında sıx birləşib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti