...

Sahibə Qafarova “Dini azadlıq və demokratik cəmiyyətlərdə birgə yaşayış” məruzəsi ətrafında çıxış edib

Siyasət Materials 1 Oktyabr 2015 03:04 (UTC +04:00)
Azərbaycanda multikulturalizm, tolerantlıq həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgə yaşayışına imkan verir.
Sahibə Qafarova “Dini azadlıq və demokratik cəmiyyətlərdə birgə yaşayış” məruzəsi ətrafında çıxış edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycanda multikulturalizm, tolerantlıq həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgə yaşayışına imkan verir.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Rafael Hüseynovun hazırlanan "Dini azadlıq və demokratik cəmiyyətlərdə birgə yaşayış" məruzəsi ətrafında çıxışında deyib.

Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı sənədin əhatə etdiyi mövzunun aktuallığını qeyd edən Sahibə Qafarova bildirib ki, hazırda bir sıra maraq qruplarının din amilindən bir vasitə kimi istifadə edirlər. Bu qruplar dini müxtəlifliyi sivilizasiyalar arasında mübarizənin əsas vasitəsi kimi təqdim edərək çox təhlükəli bir ideyanın əsasını qoyublar. Bununla yanaşı, bəzi separatçı təşkilatlar da öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün din amilindən istifadə etməkdədirlər.

"Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Ona görə də milli hökumətlər bu məsələrin həllində diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər"- Qafarova deyib.

Ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışan millət vəkilinin sözlərinə görə, Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur. Dini fanatizm və ekstremizm bu gün bir çox ölkələri təhdid etməklə yanaşı, ksenofobiyanın və dini müxtəlifliyin təşviq olunmasına qarşı maneələrin güclənməsini şərtləndirir.

"Mən böyük fəxrlə Azərbaycanda multikulturalizm, tolerantlıq həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin amanlıq şəraitində birgə yaşayışına imkan verir. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə, sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz".

Xatırladaq ki, S. Qafarova AŞ PA-nın Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçisi və "Zorakılıqdan azad Qadın" parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti