...

Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 8 Oktyabr 2015 19:44 (UTC +04:00)
Azərbaycan deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Azərbaycan deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi - MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.

Səfər oktyabrın 13-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti