...

Millət vəkili: Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müsbət nəticə verəcək

Siyasət Materials 19 Oktyabr 2015 19:05 (UTC +04:00)
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin göndərilməsi iqtisadiyyatın güclənməsinə, insanlarımızın rifah halının yaxşılamasına, kiçik və orta sahibkarlığın möhkəmlənməsinə xidmət edən tədbirdir”.
Millət vəkili: Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müsbət nəticə verəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsinin göndərilməsi iqtisadiyyatın güclənməsinə, insanlarımızın rifah halının yaxşılamasına, kiçik və orta sahibkarlığın möhkəmlənməsinə xidmət edən tədbirdir". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Azərbaycanın bu sahədə böyük təcrübəsi var və hələ vaxtilə sahibkarlığın inkişafı üçün, neqativ hallara qarşı mübarizəni gücləndirmək üçün ulu öndər Heydər Əliyev də bu cür fərman və sərəncamlar vermişdi: "Cənab Prezident İlham Əliyevin bu qərarı da yalnız öz müsbət nəticələrini verəcək. Bu bir daha göstərir ki, dövlət başçısı İlham Əliyev siyasi iradə ortaya qoyaraq həm korrupsiyaya qarşı mübarizənin ardıcıl, məqsədyönlü bir siyasət olduğunu göstərdi, eyni zamanda bazar iqtisadiyyatı kursu ilə gedən bir ölkədə kiçik və orta sahibkarlığın qorunması və inkişaf etdirilməsinə dövlətin sadiq qaldığını sübut etdi".

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin bu qərarı son nəticədə ölkədə demokratiyanın daha da möhkəmləndirilməsinə əsas verir: "Çünki kiçik və orta sahibkarlığı inkişaf etdirmədən ölkədə demokratik təsisatların gücləndirilməsinə nail olmaq olduqca çətindir. Bu yolda da Azərbaycan öz uğurlu addımlarını atır və cənab Prezidentin imzaladığı bu sənəd bu istiqamətdəki islahatların ardıcıl, məntiqi davamıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti