...

QDİƏT gələcək əməkdaşlıq planlarını müzakirə edəcək

Siyasət Materials 4 Noyabr 2015 14:57 (UTC +04:00)
Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcək.
QDİƏT gələcək əməkdaşlıq planlarını müzakirə edəcək

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Noyabrın 5-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslər Komitəsinin və Parlament Məclisinin daimi Komitəsinin birgə iclası, həmçinin QDİƏTPM-in reqlamenti üzrə işçi qrupunun toplantısı keçiriləcək.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gələcək əməkdaşlığın möhkəmləndirilməsi məsələləri üzrə birgə fəaliyyət planı, təşkilatın reqlamentinə təklif olunan dəyişikliklər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Azərbaycanı tədbirlərdə bu təşkilatın sədr müavini, Milli Məclisin bu qurumdakı nümayəndə heyəti rəhbərinin vəzifəsini icra edən deputat Musa Quliyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti