...

ATƏT MQ: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verdi

Siyasət Materials 19 Dekabr 2015 17:57 (UTC +04:00)
Dekabrın 19-u Berndə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Serj Sarkisyan arasında keçirilən görüş tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verib.
ATƏT MQ: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verdi

Bakı. Trend:

Dekabrın 19-u Berndə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında keçirilən görüş tərəflərin mövqelərini dəqiqləşdirməyə imkan verib.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in saytında yayılan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyan Minsk qrupunun həmsədrlərinin himayəsi altında Berndə görüş keçiriblər. Qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də görüşdə iştirak edib.

Qeyd olunur ki, sammit Prezidentlərə təkbətək görüş zamanı öz mövqelərini dəqiqləşdirməyə imkan verdi. Prezidentlər son zamanlar baş verən zorakılıq faktlarını müzakirə ediblər və ağır silahların istifadə edilməsi nəticəsində verilən qurbanlar, həmçinin mülki şəxslərin ölümü ilə bağlı xüsusi narahatlıq ifadə ediblər.

Məlumata əsasən, dövlət başçıları həmsədrlərin təmas xəttində zorakılıq riskinin azaldılması üzrə cari işlərini dəstəkləyiblər.

Tərəflər münaqişənin tənzimlənməsi məsələləri üzrə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər. Dövlət başçıları həmçinin Minsk qrupunun formatına olan sadiqliklərini təsdiqləyiblər.

Yayılan məlumatda həmçinin bildirilir ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc və razılaşdırılmış həllinə nail olmaq üçün tərəflərlə işləməyə hazırdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti